Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 100-dan çox məqalə yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 100-dan çox məqalə yaradılıb

09:46 - 30 / 12 / 2020
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 100-dan çox məqalə yaradılıb

"Türk dünyası "Vikipediya"da" layihəsi uğurla davam edir. Layihə çərçivəsində iki ay ərzində 100-dan çox məqalə yaradılıb, əsaslı redaktə olunub və zənginləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər:
"Könüllülər tərəfindən "Vikipediya"da türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Bu istiqamətdə boşluqlar aradan qaldırılır. Son iki ay ərzində könüllülərdən formalaşan vahid komanda var. Komanda vahid şəkildə fəaliyyət göstərir.

Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə "Vikipediya"da yerləşdirilib. Məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirmək və daha da əlçatan etməkdir. Bu sahədə fəaliyyət sistemli şəkil alıb".

1news.az

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər