Bu günün statistikası: 421 nəfər COVID-19-a yoluxub, 3645 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 421 nəfər COVID-19-a yoluxub, 3645 nəfər sağalıb

17:11 - 02 / 01 / 2021
Bu günün statistikası: 421 nəfər COVID-19-a yoluxub, 3645 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3 645 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2 703 nəfər vəfat edib, aktiv xəstə sayı 24 834 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 287, ötən müddət ərzində isə ümumilikdə 2 204 226 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər