Ötən gün polis 22 nəfəri saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün polis 22 nəfəri saxlayıb

16:32 - 04 / 01 / 2021
Ötən gün polis 22 nəfəri saxlayıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Qafar Ağayev

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər