Koronavirus Azərbaycanda: 334 yeni yoluxma, 1891 sağalma qeydə alınıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 334 yeni yoluxma, 1891 sağalma qeydə alınıb - STATİSTİKA

20:09 - 04 / 01 / 2021
Koronavirus Azərbaycanda: 334 yeni yoluxma, 1891 sağalma qeydə alınıb - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 768, ötən müddət ərzində isə ümumilikdə 2 214 194 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər