Yaşayış yerini tərk edən 12 koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən 12 koronavirus xəstəsi saxlanıldı

11:54 - 04 / 01 / 2021
Yaşayış yerini tərk edən 12 koronavirus xəstəsi saxlanıldı

Daxili işlər orqanları əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilər nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və 6 nəfər barəsində cinayət işi başlanılıb:

"Bu istiqamətdə tətbiq edilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də, vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik".

Qafar Ağayev 

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər