Bakıda xanım sürücü iki motosikletçini vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda xanım sürücü iki motosikletçini vurub

09:53 - 05 / 01 / 2021
Bakıda xanım sürücü iki motosikletçini vurub

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi 51 A ünvanında qeydə alınıb.

Belə ki, Aysel Məmmədova idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qəfil  qarşısına iki motosiklet çıxıb. İdarəetmədən çıxan avtomobil motosikletlərə çırpılıb.

Nəticədə motosiklet sürücüləri - 1998-ci il təvəllüdlü Qurbanov Elmir Elçin oğlu və 2000-ci il təvəllüdlü Dövlətov Nicat Əhməd oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

1news.az

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər