Təhsil Nazirliyinin loqosundan istidafə edənlərə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyinin loqosundan istidafə edənlərə XƏBƏRDARLIQ

17:01 - 06 / 01 / 2021
Təhsil Nazirliyinin loqosundan istidafə edənlərə XƏBƏRDARLIQ

Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir.

1news.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, bu hal ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır:

"Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək".

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər