Şamaxıda karantini pozan çayxana aşkarlandı: Sahibi və müştəriləri cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda karantini pozan çayxana aşkarlandı: Sahibi və müştəriləri cərimələndi

12:22 - 06 / 01 / 2021
Şamaxıda karantini pozan çayxana aşkarlandı: Sahibi və müştəriləri cərimələndi

Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Ağacəfər Manafovun qanunsuz olaraq şəhər ərazisində yerləşən özünə məxsus çayxananı işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. A.Manafov və müştərilər Polis Şöbəsinə dəvət olunub.

Karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər, obyekt sahibi barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Qafar Ağayev 

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər