Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər ölüb

17:01 - 07 / 01 / 2021
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər ölüb

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Məlumata görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və pəncərə çərçivəsi qismən yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti aşkar olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər