“Neftçi”nin sabiq futbolçusu qəflətən vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Neftçi”nin sabiq futbolçusu qəflətən vəfat edib

10:12 - 07 / 01 / 2021
“Neftçi”nin sabiq futbolçusu qəflətən vəfat edib

Bakının “Neftçi” klubunun sabiq futbolçusu Rafiq Əlizadə vəfat edib.

1news.az xəbər verir ki, bu məlumatı apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev verib.

O bildirib ki, keçmiş futbolçu 72 yaşında qəflətən dünyasını dəyişib: “Rafiqin heç bir xəstəliyi yox idi. İki gün əvvəl telefonla danışırdıq, deyib-gülürdü. Heç nəyi də yox idi. Gecə yatıb, oyanmayıb”.

Rusiyanın Moskva şəhərində yaşayan veteran hücumçu qonşu ölkənin paytaxtında dünyasını dəyişib. 

Futbolçu karyerasına 1966-cı ildə Bakı “Lokomotiv”ində başlayan Əlizadə 1966-72 və 1976-82 illərdə “Neftçi”də çıxış edib. O, Tiraspol şəhərinin komandasının (1973-74) və Odessa “Çernomorets”inin (1975) formasını da geyinib. 1988-89-cu illərdə Bakı “Termist”ində oynayan məşqçi kimi çalışıb.

Sonradan futzala keçən forvard 1991-ci ildə “Neftçi”nin şərəfini qoruyub və SSRİ yığmasında 2 oyun keçirib. Həmyerlimiz həm SSRİ millisinin, həm də “Dina” klubunun məşqçisi də olub. O, 1992-2008-ci illərdə bu klubun idman direktoru, 2010-17-ci illərdə vitse-prezidenti kimi çalışıb.

1news.az

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər