İsmayıllının İvanovka kəndində bələdiyyə sədrinin meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllının İvanovka kəndində bələdiyyə sədrinin meyiti aşkarlanıb

11:14 - 07 / 01 / 2021
İsmayıllının İvanovka kəndində bələdiyyə sədrinin meyiti aşkarlanıb

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılmışdır.

İsmayıllı rayonun prokurorluğundan 1news.az-a verilən məlumata görə, bununla bağlı bildiririk ki, yanvarın 6-da saat 14 radələrində  Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Qafar Ağayev 

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər