Korrupsiyaya yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Korrupsiyaya yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanıb

14:07 - 08 / 01 / 2021
Korrupsiyaya yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanıb

Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib.

Baş prokuror ötən il Azərbaycanda korrupsiya ilə bağlı dəymiş ziyanın ödənilməsinə dair statistikanı da açıqlayıb. Bildirib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

1news.az

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər