Vaqif Dərgahlı: Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən vətəndaşların sənədlərinin qəbuluna başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaqif Dərgahlı: Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən vətəndaşların sənədlərinin qəbuluna başlanılıb

13:25 - 11 / 01 / 2021
 Vaqif Dərgahlı: Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən vətəndaşların sənədlərinin qəbuluna başlanılıb

Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı 1news.az-a bildirib ki, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Vətəndaşlar qəbul ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından (mod.gov.az) əldə edə bilərlər.

Qafar Ağayev

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər