Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

11:25 - 11 / 01 / 2021
Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda əqsirtləndirilərək həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətət baxılıb.

1news.az Trend-ə istinadən bildirir ki, prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23-də rüşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

1news.az

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər