Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkarlandı - FOTO

12:30 - 11 / 01 / 2021
Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkarlandı - FOTO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa - playstation” oyun zalı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Alfa Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.

Qafar Ağayev

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər