Bakıda qanunsuz fəaliyyət göstərən moda evi aşkar edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qanunsuz fəaliyyət göstərən moda evi aşkar edilib - VİDEO

17:25 - 13 / 01 / 2021
Bakıda qanunsuz fəaliyyət göstərən moda evi aşkar edilib - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

Qafar Ağayev

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər