Ötən gün karantin rejimini pozan 2815 nəfər cərimələndi, 3 nəfər həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün karantin rejimini pozan 2815 nəfər cərimələndi, 3 nəfər həbs edildi

12:34 - 14 / 01 / 2021
Ötən gün karantin rejimini pozan 2815 nəfər cərimələndi, 3 nəfər həbs edildi

Postlardan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində inzibati həbs, 2815 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

Qafar Ağayev

Paylaş:
392

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər