Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq

15:40 - 15 / 01 / 2021
Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq

“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.

“Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb.

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər