Karantin postlarından keçməyə cəhd edən 1766 nəqliyyat vasitəsi geri qaytarıldı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin postlarından keçməyə cəhd edən 1766 nəqliyyat vasitəsi geri qaytarıldı - STATİSTİKA

10:06 - 15 / 01 / 2021
Karantin postlarından keçməyə cəhd edən 1766 nəqliyyat vasitəsi geri qaytarıldı - STATİSTİKA

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Nazirlikdən 1news.az-a verilən məlumatas görə, yanvarın 14-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1766 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 nəfər barəsində inzibati həbs, 2772 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Qafar Ağayev 

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər