Evini tərk edən daha 2 koronavirus xəstəsinə cinayət işi başlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Evini tərk edən daha 2 koronavirus xəstəsinə cinayət işi başlandı

10:25 - 15 / 01 / 2021
Evini tərk edən daha 2 koronavirus xəstəsinə cinayət işi başlandı

Daxili İşlər nazirliyi əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

S.Xankişiyeva

 

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər