Cəmiyyət

Əhməd İsmayılov: Agentlik medianın biznes modelə keçirilməsi üçün təşkilati dəstək göstərəcək – VİDEO

15:36 - 16 / 01 / 2021
Əhməd İsmayılov: Agentlik medianın biznes modelə keçirilməsi üçün təşkilati dəstək göstərəcək – VİDEO

Yanvarın 12-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Medianın İnkişafı Agentliyi – MEDİA yaradıldı.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Real TV-yə verdiyi müsahibədə bütün jurnalistlər üçün maraqlı olan sualları cavablandırıb.

- Əhməd müəllim, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondu var idi, indi Medianın İnkişafı Agentliyi olacaq. Təbii ki, bu, yalnız adların dəyişməsi deyil. Dəyişən həm də nə olacaq?

- İlk öncə qeyd edim ki, Cənab Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı Fərmandan irəli gəlir, bizim islahatlara başlanılması. Fərmanla təsdiq olunmum Nizamnamə əsasında, bizim agentliyin təşkilati hüquqi forması – hüquqi publik şəxs müəyyən olunmuşdur. Bundan öncə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatı forması adından da göründüyü kimi, təkcə fond idi. Fond olduğu üçün də müəyyən çərçivələr var idi ki, bu, normativ-hüquqi baxımdan tədbirlərin həyata keçirilməsini müəyyən bir çərçivələr yaradırdı. Biz hazırdı həmin çərçivələrin genişləndirilməsi məqsədilə Nizamnaməmizdə Fərmanla təsdiq olunmuş məqsəd və istiqamətləri nail olunması üçün işlərimizi görməkdəyik.

Nizamnaməyə əsasən əvvəlkindən fərqli olaraq, media subyektlərinin bütün dairəsi əhatə olunmuşdur. Bu, istər çap mediası, istər onlayn media, istərsə də audiovizual mediadır.

Bundan sonrakı dövrdə agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq hər üç media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə zəruri məlumatlar toplanacaq, ictimai rəyin öyrənilməsi üçün tədbirlər görüləcək və müvafiq təhlillər aparılacaqdır.

- Məqsəd medianın inkişafı, islahatların dərinləşməsidir. Bəs bu istiqamətdəki fəaliyyətinizi necə quracaqsınız?

- Hazırda Nizamnaməyə nəzər salsaq görərik ki, orada nəzərdə tutulmuş istiqamətlər, məqsəd və vəzifələr əsasən dörd istiqaməti əhatə edir. Konsultativ dəstək, maddi-texniki dəstək, təşkilati texniki dəstəkdir. Bu istiqamətlərin hər birini izah etməyə çalışsaq, görərik ki, burada jurnalistlərin peşə və ixtisasının artırılması, media subyektlərinin iqisadi müstəqilliyinin təmin olunması və bu sahədə atılan addımlar. Medianın artıq biznes modelə keçirilməsi üçün agentlik tərəfindən göstəriləcək təşkilati dəstəklərdir.

- Qeyd etdiniz ki, belə deyək ki, jurnalistlərin yetişdiriməsi. Bunun üçün jurnalistlər necə yetişdiriləcək? Bunun üçün təcrübə üçün xarici ölkəyə göndəriləcək? Və yaxud da xarici ölkədən Azərbaycana mütəxxəsislər dəvət olunacaq ki, bununla da jusnalistlərin hazırlanmasında, yetişdiriıməsində sizin dəstəyiniz və rolunuz olacaq? Bu, necə olacaq?

- Bəli, biz jurnalistlərin peşəkarlığının, məsuliyyətinin artılmasından danışırıqsa, sözsüz ki, onların ixtisasının artırılmasını da qeyd etməliyik. Bu istiqamətdə agentliyin planlaşdırdığı işlər bundan ibarətdir ki, ilk öncə jurnalistika sahəsinə gəlmək istəyən jurnalistlərin peşə və tədrisin hazırlığının təşkil olunması və buna dəstək göstərilməsi. İkinci, hazırda jurnalistika sahədində fəaliyyət göstərən jurnalsit həmkarlarımızın ixtisaslarının artırılması təmin olunmasıdır.

Bu, əlbəttə ki, respublikamızda mövcud jurnalist kadrlarının hazırlığı və potensialının artırılması ilə bağlı işlərinin görüşməsi, eyni zamanda xaricdən mütəxxəsislərin cəlb olunması, təlim və tədrislərin həyata keçirirliməsidir.

Sözsüz ki, xaricdəki media subyektləri, media sahəsində ali tədris məktəblərlə əlaqələrin qurulmasıdır ki, bununla da jurnlist həmkarlarımızın, eləcə də jurnalistikaya gəlmək istəyən vətəndaşlarımızın xaricdə təhsil və ya treninqlərə qoşulması istiqamətində işləri təmin edə bilərik.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun jurnalistləri maraqlandıran digər suallarla bağlı cavabını aşağıdakı linkdən izləyə bilərsiniz:

S.Xankişiyeva

 

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər

Next TV