Şahmar Mövsümov: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahmar Mövsümov: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

11:39 - 16 / 01 / 2021
Şahmar Mövsümov: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

“Vaksinasiya məsələsi daim ölkə rəhbərliyinin, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Onların sayəsində ölkəmizdə yanvarın 18-dən vaksinasiya prosesinə başlanılır”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, vaksinasiya prosesi yalnız qabaqcıl ölkələrdə başlayıb:

“Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib. Artıq ilk partiya gəlib. Yanvarın 18-dən ilk olaraq tibb işçilərinin vaksinasiyasına başlanılacaq. Daha sonra fevralın 1-dən isə yaşı 65 dən yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”.

S.Xankişiyeva

 

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər