Cəmiyyət

Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon doza alacaq

12:06 - 16 / 01 / 2021
Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon doza alacaq

“Bir insana iki doza vaksin lazımdır. Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, ikitərəfli qaydada “Sinovac” şirkətinin regional nümayəndəliyindən 4 milyon doza “CoronaVac” vaksini alınacaq: “Azərbaycana bu vaksinin az bir hissəsi gətirilib, istehsal edildikcə mərhələ-mərhələ gətiriləcək. Çoxtərəfli COVAX platforması çərçivəsində isə əhalinin 10 faizini əhatə edən səviyyədə - 1 milyon insan üçün 2 milyon doza vaksin alınacaq. Bizim əlavə 10 faiz də vaksin almaq, yəni bu göstəricini 20 faizə çatdıraraq 2 milyon insan üçün vaksin almaq imkanımız var”.

S.Xankişiyeva

 

 

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər

Next TV