Cəmiyyət

"Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur" - Akif Qurbanov

13:21 - 18 / 01 / 2021
"Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur" - Akif Qurbanov

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı vaksinləri istifadə etməkdən çəkinən insanlara müraciət edib.

1news.az bildirir ki, A.Qurbanov Trend-ə deyib ki, istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol vaksindir:

"Bizim hər birimiz uşaq olarkən qızılca, difteriya və s. xəstəliklərə görə peyvənd edilmişik. Qızılca əleyhinə vaksinlərin tərkibində zəiflədilmiş qızılca virusları var. Vərəm əleyhinə vaksinlər bizə hələ doğum evində ikən - həyatımızın birinci həftəsində vurulur. COVİD-19-a qarşı olan vaksinlərin tərkibində isə öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var".

A.Qurbanov əlavə edib ki, bu vaksinlərin heç biri orqanizmdə virusa bərabər olmur. Sadəcə olaraq, vaksin vurulduqdan sonra virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu anittellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirilir və insanları virusdan qoruyur.

1news.az

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər

Next TV