Cəmiyyət

Bakıda peyvəndlənmə prosesi belə aparılır – FOTO – VİDEO

17:08 - 18 / 01 / 2021
Bakıda peyvəndlənmə prosesi belə aparılır – FOTO – VİDEO

Bu gün Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovak" vaksininin vurulmasına start verilib.

Trend-in məlumatına görə, ilkin olaraq ölkədə tibb işçilərinin peyvəndlənməsinə başlanıb.

Səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavini Elsevər Ağayev, nazirliyin digər əməkdaşları, Tibbi Əraiz Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər şəxslər koronavirusa qarşı peyvəndləndi. Daha sonra isə paytaxtda fəaliyyət göstərən digər tibb işçilərinə vaksin vurulmağa başlanıldı. Vaksinasiya prosesi könüllü aparılır.

Paytaxtın tibb müəssisələrində keçirilən peyvəndlənmə prosesindən Trend Tv-nin hazırladığı materialı təqdim edirik:

S.Xankişiyeva

 

Son xəbərlər

Bütün xəbərlər

Next TV