SMS icazə ləğv olundu - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

SMS icazə ləğv olundu - RƏSMİ

09:07 - 18 / 01 / 2021
SMS icazə ləğv olundu - RƏSMİ

2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər