Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır

09:12 - 18 / 01 / 2021
Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayır. 

1news.az bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, ilk mərhələdə tibb işçiləri vaksinasiya olunacaq.

Vaksinasiyanın ikinci mərhələsi isə fevralın 1-dən başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq.

Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir.

1news.az

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər