Bakıya qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya qar yağacaq

13:50 - 19 / 01 / 2021
Bakıya qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayının 20-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

1news.az

Paylaş:
751

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər