Hacıqabulda qanunsuz ov edənlər aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda qanunsuz ov edənlər aşkarlandı

12:42 - 20 / 01 / 2021
Hacıqabulda qanunsuz ov edənlər aşkarlandı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərdən 2 ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Qafar Ağayev 

Paylaş:
375

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər