Koronavirusa yoluxmuş şagird və müəllimlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa yoluxmuş şagird və müəllimlərin sayı açıqlanıb

13:04 - 22 / 01 / 2021
Koronavirusa yoluxmuş şagird və müəllimlərin sayı açıqlanıb

“İndiyədək virusa yoluxan şagirdlərin sayı 14758, işçilərin sayı 7090 nəfərdir”.

1news.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə 7525 nəfər virusa yoluxub. Şagird məktəbdə olubsa, bu zaman həmin sinif distant təhsilə keçir.

1news.az

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər