Eldar İbrahimov sədr, Fəzail ağamalı müavin seçildi - İntizam komissiyasının TƏRKİBİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar İbrahimov sədr, Fəzail ağamalı müavin seçildi - İntizam komissiyasının TƏRKİBİ

15:09 - 01 / 02 / 2021
Eldar İbrahimov sədr, Fəzail ağamalı müavin seçildi - İntizam komissiyasının TƏRKİBİ

Bu gün Milli Məclisin İntizam komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. 

1news.az-ın APA-ya istinadən məlumatına görə, deputat Eldar İbrahimov yenidən İntizam komissiyasının sədri, deputat Fəzail Ağamalı sədrin müavini seçilib. 

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında İntizam Komissiyasının yeni tərkibi müəyyənləşib. Komissiyaya deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov daxildir.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər