Saatlıda toy məclisi təşkil edənlər cərimələnib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda toy məclisi təşkil edənlər cərimələnib – FOTO

10:43 - 03 / 02 / 2021
Saatlıda toy məclisi təşkil edənlər cərimələnib – FOTO

Fevral ayının 2-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Bəylər kənd sakini B. Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

S.Xankişiyeva

 

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər