Daha 2 rayona polis rəisi təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 2 rayona polis rəisi təyin olundu

09:13 - 04 / 02 / 2021
Daha 2 rayona polis rəisi təyin olundu

Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.

Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz rayon Polis Şöbəsinə rəis təyin edilib.

1news.az

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər