Ambulator müalicə üzrə dərmanlar da sığorta zərfinə daxil edilə bilər - Agentlik sədri | 1news.az | Xəbərlər
Cəmiyyət

Ambulator müalicə üzrə dərmanlar da sığorta zərfinə daxil edilə bilər - Agentlik sədri

11:44 - 04 / 02 / 2021
Ambulator müalicə üzrə dərmanlar da sığorta zərfinə daxil edilə bilər - Agentlik sədri

İcbari tibbi sığortanın əhatə olunduğu ərazilərdə ilk ildə ambulator xidmət üçün dərman təchizatı nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda stasionar və təcili yardım xidmətləri üzrə bütün dərmanlarla təchizat təmin edilir: "Ambulator yardım üzrə isə ilk ildə dərman təminatı nəzərdə tutulmayıb. Amma daha sonra dərman təminatının da xidmətlər zərfinə əlavə edilməsi planlaşdırılır".

S.Xankişiyeva

 

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər