Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı

11:10 - 05 / 02 / 2021
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı

Fevralın 4-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Qafar Ağayev

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər