Bakıda ən çox yoluxma bu ərazilərdədir - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ən çox yoluxma bu ərazilərdədir - STATİSTİKA

11:22 - 08 / 02 / 2021
Bakıda ən çox yoluxma bu ərazilərdədir - STATİSTİKA

Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub.

1news.az xəbər verir ki, paytaxt üzrə yoluxanların 15,1 faizi Binəqədidədir. 13,1 faizi Xətai, 12,2 faizi Yasamal rayonunun payına düşür.

Yoluxma hallarının 10,8 faizi Sabunçu, 7,8 faizi Nəsimi, 8,1 faiz isə Narimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 6,9 faizi Xəzər, 5,3 faizi Qaradağ, 5,0 faizi Səbail rayonlarındadır.

Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər