“AzInTelecom”a yeni rəhbər təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzInTelecom”a yeni rəhbər təyin olundu

16:37 - 09 / 02 / 2021
“AzInTelecom”a yeni rəhbər təyin olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə yeni rəhbər təyin olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Tağı Tağızadə “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən təyin edilib.

Tağı Tağızadə daha öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Tağızadə Tağı Xalid oğlu 2 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2012-2013-cü illərdə ABŞ-ın Berkli Kaliforniya Universitetində Biznes hüququ üzrə magistr (LL.M.) dərəcəsinə yiyələnib. 15 sentyabr 2016-cı ildən 2018-ci ilə qədər “İnnovasiyalar Mərkəzi” MMC-nin direktor müavini, 2018-ci ildən etibarən direktoru işləyib.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

Qafar Ağayev

Paylaş:
611

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər