Sumqayıtda artıq 50-dən çox avtobus nağdsız ödənişə keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda artıq 50-dən çox avtobus nağdsız ödənişə keçir

12:44 - 09 / 02 / 2021
Sumqayıtda artıq 50-dən çox avtobus nağdsız ödənişə keçir

Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş tək şəhər mərkəzində deyil, o cümlədən qəsəbələrə hərəkət edən avtobuslarda da həyata keçiriləcək.

Bunu Trend-ə açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətindən bidiriblər. Qeyd olunub ki, ictimai nəqliyyatda nağdsız ödənişlər Ceyranbatan, Stansiya Sumqayıt, Hacı Zeynalabdin Tağıyev qəsəbələrini də əhatə edəcək:

“Sumqayıt sakinləri ictimai nəqliyyatda gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını dəstəkləyən cihazlar (smartfonlar, “ağıllı” saatlar, üzüklər və s.) ilə indi daha rahat ödəyə bilər. Sumqayıt ərazisində 22 marşrut xətti üzrə 206 avtobus işləyir. Artıq 50-dən çox avtobusa nağdsız ödənişlərin edilməsi üçün cihazlar quraşdırılıb”.

Qeyd edək ki, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 200-dən çox müasir tələblərə cavab verən avtobuslar verilib.

Artıq sərnişinlər kontaktsız işarəsi olan bütün bank, əmək haqqı, pensiya və təqaüd kartları ilə, eyni zamanda NFC funksiyası olan cihazlar, virtual kartlar, hətta xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş edə bilərlər. Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə edə bilər. Balansı isə eManat və MilliÖn ödəmə terminalları vasitəsilə artırmaq mümkündür. Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
666

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər