Gizli nişan mərasimi keçirənlər cərimələndi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gizli nişan mərasimi keçirənlər cərimələndi – FOTO – VİDEO

14:17 - 11 / 02 / 2021
Gizli nişan mərasimi keçirənlər cərimələndi – FOTO – VİDEO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

S.Xankişiyeva

 

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər