“Polistar Boya” brendi altında məhsul istehsal edən yerli boya şirkəti ISO 9001:2015 sertifikatına layiq görülüb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Polistar Boya” brendi altında məhsul istehsal edən yerli boya şirkəti ISO 9001:2015 sertifikatına layiq görülüb – FOTO – VİDEO

10:00 - 11 / 02 / 2021
“Polistar Boya” brendi altında məhsul istehsal edən yerli boya şirkəti ISO 9001:2015 sertifikatına layiq görülüb – FOTO – VİDEO

Azərbaycanın ilk və sürətlə inkişaf edən boya şirkətlərindən biri olan “Polisan-Azərbaycan” MMC 2009-cu ildən bəri ölkə bazarında boyalar istehsal edir və bu müddət ərzində Azərbaycanda kifayət qədər uğur qazanıb,tanınmışdır.

2018-ci ildə şirkət rebrendinq edərək  öz məhsullarını “POLISTAR Boya” markası altında alıcılara təqdim edir.

Son illərdə şəxsi evlərin və mənzillərin, eləcə də müəssisə və ofislərin interyerində divarların rənglənməsinə daha çox üstünlük verilir. Nəticədə hər şey dəbli görünməklə yanaşı, gözləri yormur. Əgər yaxın vaxtlarda evinizi təmir etməyi və divarları rəngləməyi planlaşdırırsınızsa, o zaman “Polistar Boya” sizin köməyinizə çatacaq. Nə üçün məhz “Polistar Boya”  yaxşıdır və təmir zamanı niyə onlara üstünlük verməli olduğunuzu düşünürsünüzsə,bu haqda aşağıdakı məlumatlardan tanış ola bilərsiniz.

Xüsusi olaraq vurğulayaq ki, boya istehsalı prosesində ən son alman texnologiyalarından istifadə olunur ki, bu da boyaların qüsursuz yüksək keyfiyyətinin göstəricisidir. Həmçinin qeyd edək ki, boyalar istər insanlar, istərsə də ətraf mühit üçün zərərsizdir.

Boya ilə əlaqəli bütün sınaqlar şirkətin müasir texnoloji avadanlıqlarla təchiz olunmuş  laboratoriyasında uğurla həyata keçirilir. Bu da, “Polistar Boya”nın keyfiyyətini daha da yaxşılaşdırmaqla yanaşı, məhsulların qablaşdırılması zamanı AZS standartlarına uyğunluğunu təşkil edir.

Bəs “Polistar” boyalarının təmir üçün əvəzolunmaz edən əsas üstünlükləri nələrdir?

- yüksək keyfiyyət

- tətbiqetmə asanlığı

- yaxşı yapışma

- nəmin divarlara daxil olmasının qarşısını almaq

- çatlamanın əmələ gəlməməsi

- geniş rəng çeşidi və çalarlar

- münasib qiymət

“Polistar” boyalarını Bakıda və bölgələrimizdə inşaat materialları satışı ilə məşğul olan irili-xırdalı topdan və pərakəndə satış məntəqələrindən əldə edə bilərsiniz. Həmçinin korporativ müştərilər məhsul almaq üçün birbaşa istehsal müəssisəsi ilə əlaqə saxlaya bilərlər (Bakı, Dərnəgül, blok 2096, bina 507).

Hazırda koronavirus pandemiyası və ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar şərtləri nəzərə alaraq boyaları həmçinin https://polistar.az/ saytı vasitəsilə online şəkildə əldə etmək mümkündür. Online alış-veriş prosesi çox sadədir. Saytda geniş ölçü və miqdarda “Polistar” boyalarının çeşidləri mövcuddur. Sifariş üçün ödəmə həm online, həm də göstərdiyiniz ünvana çatdırıldıqdan sonra qapıda həyata keçirilə bilər. Boyaların çatdırılması ödənişsizdir.

Həmçinin “Polistar Boya”nın peşəkar əməkdaşlarından boya və rəngləmə, təmir və tikinti zamanı digər vacib məsləhətləri pulsuz əldə edə bilərsiniz. Razılaşaq ki, bütün bu faktlar boya bazarında məhz bu markanın məhsullarının seçimində üstünlüyünün göstəricidir.

İnkişafın ən əhəmiyyətli prioritetlərindən biri olan innovasiyaların və beynəlxalq standartların tətbiqi “Polistar Boya”nı Azərbaycanın boya məhsulu bazarında parlaq şəkildə fərqləndirir.  Boya zavodu çoxsaylı yerli keyfiyyət sertifikatları ilə yanaşı, dünyada qəbul edilmiş beynəlxalq standartlar və idarəetmə mexanizmlərinin tətbiqini təsdiqləyən ISO 9001:2015 sertifikatına layiq görülmüşdür.

“Polistar Boya” qarşıdakı illərdə xarici bazarlara, xüsusən Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına MADE IN AZERBAIJAN markası altında çıxmağı planlayır.

2020-ci il təkcə “Polistar Boya” üçün deyil, bütün sahibkarlar üçün çətin bir il oldu. Lakin  eyni zamanda ötən il hər bir azərbaycanlı üçün şərəfli və tarixi bir il oldu. Məhz 2020-ci ildə doğma Qarabağımız erməni işğalından azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Buna görə də, “Polistar Boya” qalib Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını bildirir, eləcə də hər bir şəhid ailəsinə başsağlığı verir.

2021-ci il azad edilmiş Qarabağda dirçəliş ili olacaq. “Polistar Boya” özünün də bilavasitə iştirak edəcəyi azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işləri aparacaq şirkətlər üçün xüsusi endirimlər elan edir.

“Polistar Boya” boyaları haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla rəsmi saytdan əldə etmək olar.

Elektron poçt ünvanı - [email protected]

Instagram - https://www.instagram.com/polistarboya/

Facebook - https://www.facebook.com/polistarboya

Əlaqə nömrələri (+994) 12 5141908, (+994) 51 2299399.

Reklam hüququnda

 

Paylaş:
1166

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər