FHN işğaldan azad olunan ərazilərə icazəsiz səfər etmək istəyənlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN işğaldan azad olunan ərazilərə icazəsiz səfər etmək istəyənlərə müraciət edib

15:29 - 12 / 02 / 2021
FHN işğaldan azad olunan ərazilərə icazəsiz səfər etmək istəyənlərə müraciət edib

İşğaldan azad olunan ərazilərimizə səfər etmək, həmin ərazilərdə olmaq hər birimizin arzusudur. Lakin həmin ərazilərə xüsusi icazə olmadan səfər edən mülki şəxslər mənfur düşmənlərimiz tərəfindən basdırılan minalara düşərək həlak olur və ya müxtəlif dərəcəli xəsarətlər alırlar.

1news.az-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Turqay Həsənli deyib.

O bildirib ki, bu cür faciəvi halların baş verməsinin qarşısını almaq və əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə Nazirliyin İctimai Təhlükəsizliyin Təşkili Baş İdarəsi və İctimaiyyətlə Əlaqələr İdarəsi birlikdə işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlayıb:

"Bir neçə gündür ki, nazirliyin əməkdaşları tərəfindən Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur. Ümumiyyətlə, nazirlik əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər görür. Nazirlik əməkdaşları il ərzində bu cür maarifləndirici qabaqlayıcı tədbirlər keçirir. Əhaliyə bir daha bildiririk, minalanmış ərazilərə daxil olmasınlar, həmin ərazilərə səfər etməsinlər. Çünki bu cür proseslər həyatımız üçün təhlükəlidir".

Qafar Ağayev

Paylaş:
524

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər