Bu günün statistikası: 169 nəfər COVID-19-dan sağalıb, 155 nəfər yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 169 nəfər COVID-19-dan sağalıb, 155 nəfər yoluxub

15:36 - 13 / 02 / 2021
Bu günün statistikası: 169 nəfər COVID-19-dan sağalıb, 155 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib, aktiv xəstə sayı 2303 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9715, ötən müddət ərzində isə ümumilikdə 2 495 198 test aparılıb.

S.Xankişiyeva

Paylaş:
609

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər