ANAMA-ya həkim qəbuluna başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA-ya həkim qəbuluna başlanılıb

14:59 - 15 / 02 / 2021
ANAMA-ya həkim qəbuluna başlanılıb

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib.

1news.az xəbər verir ki, məlumatda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

- həkim-terapevt

- təcili yardım üzrə həkim

- həkim-anestezioloq-reanimatoloq

- həkim-travmatoloq-ortoped

- həkim-ümumi cərrah

Qafar Ağayev

Paylaş:
528

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər