Paytaxtda zavodda nöqsanlar aşkarlandı, bir sexin işi dayandırıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda zavodda nöqsanlar aşkarlandı, bir sexin işi dayandırıldı - VİDEO

16:38 - 15 / 02 / 2021
Paytaxtda zavodda nöqsanlar aşkarlandı, bir sexin işi dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən zavodda plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Nazirlikdən verilən məlumata görə, məlum olub ki, müəssisənin ərazisi, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtaşırı yanar tullantılardan təmizlənməyib; inzibati bina və istehsal sahəsi normalara uyğun təxliyə çıxışları ilə təmin olunmayıb; bina və qurğular avtomatik yanğın xəbərverici siqnalizasiya və tüstüxaricetmə qurğuları ilə, yanğına qarşı su təchizatı sistemləri ilə təmin olunmayıb; elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb; qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verilib; insanların və qiymətli əşyaların köçürülməsi üçün "Təxliyə planı" tərtib edilməyib; obyektdə mövcud olan istismar müddəti başa çatmış odsöndürənlərin tərkibi yenisi ilə əvəz edilməyib; obyektin tələb olunan zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmayıb; yanğın su hovuzu saz vəziyyətə gətirilməyib, yanğın texnikasının su mənbəyinə yaxınlaşması və manevr edə bilməsi üçün normalara uyğun meydança təşkil edilməyib; yanğınların söndürülməsi üçün istifadə edilən yanğına qarşı su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın inventarları saxlanılan sahələrə sərbəst yaxınlaşmaq üçün keçidlər tutulub; daşınmaz əmlakın icbari sığortası həyata keçirilməyib; ərazinin gecə vaxtı işıqlandırılması təmin olunmayıb.

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən zavodda Rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib.

1news.az

Paylaş:
421

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər