Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

16:53 - 15 / 02 / 2021
Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi martın 3-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət edib. 

DİM-dən 1news.az-a verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər fevralın 15-dən martın 1-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyə və “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər: https://eservices.dim.gov.az/elimt/hakimtest

Test imtahanı 2021-ci il martın 3-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

Qafar Ağayev

Paylaş:
440

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər