Polis cinayət törətməkdə şübhəli bilinən 103 nəfəri saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis cinayət törətməkdə şübhəli bilinən 103 nəfəri saxladı

09:45 - 15 / 02 / 2021
Polis cinayət törətməkdə şübhəli bilinən 103 nəfəri saxladı

Daxili İşlər Nazirliyi həftə sonu ölkə ərazisində baş verən vinayətlərin statistikasını açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən 1news.az-a verilən məlumatda bildirilir ki, fevralın 13-dən 15-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.

Qafar Ağayev

Paylaş:
606

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər