Sadiq Gözəlöv vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sadiq Gözəlöv vəzifəsindən azad edildi

10:09 - 15 / 02 / 2021
Sadiq Gözəlöv vəzifəsindən azad edildi

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, ehtiyatda olan polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə S.Gözəlov tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, S.Gözəlov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb və o, 2017-ci ildə təqaüdə göndərilib. Həmin vaxtdan polis polkovniki Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru mülki vəzifəsin təyin edilib.

1news.az

Paylaş:
434

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər