Rza Deqqəti: Azərbaycanda işlədiyim bu 4 ay müddətində Fransada 3 layihəm ləğv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rza Deqqəti: Azərbaycanda işlədiyim bu 4 ay müddətində Fransada 3 layihəm ləğv edilib

15:03 - 16 / 02 / 2021
Rza Deqqəti: Azərbaycanda işlədiyim bu 4 ay müddətində Fransada 3 layihəm ləğv edilib

"Təəssüf ki, dünyada Xocalı soyqırımı kimi faciələr çox olub və mən bunların bəzilərinə şahidlik etmişəm".

APA-nın məlumatına görə, bunu Heydər Əliyev Mərkəzində mətbuat nümayəndələri ilə görüşü zamanı dünyaca məşhur fotoqraf Rza Deqqəti deyib.

O, Xocalı faciəsinin həm də bir gecədə baş verdiyi üçün dəhşətli olduğunu deyib: "Qadınların qarnının kəsilməsi, uşaqların öldürülməsi, insanların diri-diri gözlərinin çıxarılması nağıl deyildi, bunu mənə faciənin şahidləri, iştirakçılar danışırdılar".

Xocalı soyqırımını dünyaya çatdırdığı üçün dəfələrlə ermənilərin təhdidi ilə üzləşdiyini deyən R. Deqqəti təzyiqlərin indi də davam etdiyini vurğulayıb: "Azərbaycanda işlədiyim bu 4 ay müddətində Fransada 3 layihəm ləğv edilib. Ermənilər bu müharibədə uduzduqdan sonra indi də informasiya müharibəsinə başlayıblar. Onların da qurbanlarından biri mənəm. Bununla belə, haqq söz deməkdən çəkinməyəcəm. Hesab edirəm ki, mən Azərbaycan tarixinə bağlıyam, ona görə də bu işləri görməyi özümə borc bilirəm. Və hazırda bütün işlərimi kənara qoyub yalnız Qarabağın işğaldan azad edilmiş ərazilərini kəndbəkənd çəkib tarixə köçürmək və daha sonra bunun əsasında sərgi, sənədli film etmək istəyirəm".

O,Azərbaycanda şəhid uşaqlarına foto dərsləri keçmək niyyətində olduğunu da qeyd edib: "Daha sonra bu uşaqların şəkillərindən ibarət sərgi keçirmək istəyirəm. Ümumiyyətlə, gələcəkdə Şuşada böyük bir foto sərgi keçirməyi düşünürəm. Çünki prezidentin də dediyi kimi, Şuşa mədəniyyət paytaxtı elan edilib, buna görə də Şuşada nəhəng bir foto sərginin keçirilməsi yaxşı olardı".

Dünya şöhrətli fotoqraf Qarabağ müharibəsində istifadə etriyi fotokamerasını satışa çıxaracağını, əldə edilən gəliri “YAŞAT” Fonduna köçürəcəyini deyib.

S.Xankişiyev

Paylaş:
242

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər