MARVEL AZERBAIJAN: “Azərbaycana yeni brendlər gətiririk” | 1news.az | Xəbərlər
Müsahibə

MARVEL AZERBAIJAN: “Azərbaycana yeni brendlər gətiririk”

10:00 - 16 / 02 / 2021
MARVEL AZERBAIJAN: “Azərbaycana yeni brendlər gətiririk”

Ötən il Bakıda Marvel Azerbaijan-in ölkəmizə ən məşhur dünya istehsalçılarının rəsmi elektronikası, qadjetləri, PT və avadanlıqlarını, eləcə də şəxsi markalı məhsullarını tədarük edən IT-distributorunun ofisi açılmışdır.

Yeni şirkətin Azərbaycana hansı eksklüziv brendləri gətirməsi, bazarımıza çıxış səbəbləri və bütün tərəfdaşlar üçün əlçatan olan müasir servisləri haqqında Marvel Azerbaijan-ın baş direktoru Kamran İsgəndərov danışdı.

- Salam, Kamran. Bir qədər gec də olsa, Bakıda ofisinizin açılması münasibətilə sizi təbrik edirik. Bir qədər öz şirkətiniz haqqında danışın.

- Marvel Azerbaijan “Marvel-Distribusiya” şirkətinin Rusiya, Belarus, Cənubi Qafqaz və Orta Asiya ərazisində ən iri geniş profilli IT-distributorlarından birinin rəsmi nümayəndəliyidir. Bakıdakı ofis öz fəaliyyətinə 2020-ci ilin yaz aylarında başlayıb. Onun açılışı pandemiyanın başlanmasından çox öncə planlaşdırılmışdı, buna görə də, dünyadakı mürəkkəb vəziyyətə baxmayaraq, biz bu hadisəni təxirə salmamaq qərarına gəldik. “Marvel” Azərbaycanda əvvəl də mövcud olmuşdur, buna görə də yerli bazarın yaxşı potensiala malik olduğunu bilir və onun perspektivlərini yüksək qiymətləndirir. Lokal nümayəndəliyin və şəxsi anbarımızın peyda olması bizə tərəfdaşlarımıza daha rahat əməkdaşlıq şərtləri təqdim etmək üçün yeni səviyyəyə çıxmağa imkan verəcək. Biznesin strukturundan danışsaq, Marvel Azerbaijan baş şirkətin modelini təkrarlayır, pərakəndə və layihə distribusiyası istiqamətlərinə malikdir.

- Fikrinizcə, Azərbaycan IT-bazarı hansı xüsusiyyətlərə malikdir?

- Biz Xəzəryanı bazarı çox cəlbedici hesab edirik. Azərbaycan – Cənubi Qafqazın əhalisi 10 milyondan artıq olan ən iri dövlətidir və əhalinin əksəriyyəti smartfonlardan istifadə edir, internetə çıxışa malikdir və müasir qadjetlər və texnika ilə maraqlanır. Hələlik populyarlığına görə ənənəvi offlayn-mağazalardan geri qalmasına baxmayaraq, onlayn-satışların, asta templə olsa da, tədricən artımı baş verir. Yerli IT bazarı hələ dolmayıb, burada Azərbaycanda hələ təmsil olunmamış yeni brendlərlə doldurula biləcək boş oyuqlar var. Ümumilikdə, biz özümüz üçün çoxlu inkişaf zonası görürük.

- Azərbaycan bazarında hansı pərakəndə istiqamətlərə tələb var?

- Pərakəndə biznesdən söhbət gedirsə, Azərbaycanda mobil telefonlar prioritet təşkil edir. Bu hər yerdə ən həcmli məhsul növüdür. Populyarlığına görə ikinci yerdə noutbuk və desktoplar gəlir ki, pandemiya dövründə onlara ehtiyac ciddi şəkildə artmışdır. Və üçüncü yerə mən müxtəlif aksessuarlar: qulaqcıqlar, fitnes-qolbaqlar, smart-saatları və s. qoyardım. Biz isə, öz növbəmizdə, bütün bu məhsulları aparıcı dünya istehsalçılarından təklif edirik.

- Gəlin konkret olaraq hansı istehsalçılardan söhbət getdiyini dəqiqləşdirək.

Portfelimizdə Azərbaycan ərazisində yalnız bizim tərəfimizdən təmsil olunan eksklüziv brendlər də var. Bu 1MORE, Marshall, Skullcandy audioməhsulları, “Yandeks”dən ağıllı kolonkalar, HTC VIVE virtual reallıq dəbilqələri, Itel, F+ telefonlarıdır. Həmçinin eksklüziv mallarımızdan HIPER məhsullarını, o cümlədən, elektroskuterlər və elektrovelosipedlər, smart home ekosistemi malları: ağıllı çıraqlar, rozetkalar, lampalar, ötürücülər, izləmə kameraları və bir çox digərlərini qeyd edə bilərəm.

Eksklüziv kontraktlardan başqa, “Marvel” bir çox populyar istehsalçılarla, məsələn, Scarlett məişət texnikası, Segway-Ninebot elektrik nəqliyyatı, Tecno telefonları, Keenetic Wi-Fi-sistemləri və sairin tədarükünə dair birbaşa müqavilələrə malikdir. Vendorların tam siyahısı ilə tərəfdaşlar saytımızda və ya onların rahatlığı üçün işlənib hazırlanmış B2B sistemində tanış ola bilərlər.

- Pərakəndə mallar haqqında məlumat aldıq, indi isə bir qədər korporativ istifadəçilər üçün olan məhsullar barəsində danışın.

- Layihə distribusiyasından söhbət açsaq, biz Avaya, Juniper, HDS, Huawei EBG, Oracle, Ruckus Networks (Commscope), Iiyama və s. kimi istehsalçıların həllərini tədarük edirik. Tərəfdaşlar bizdə serverlər, VSS, texnika, proqram təminatı, mühəndis infrastrukturunun qurulması üçün müxtəlif həllər, VKR və s. sifariş edə bilərlər. Bu zaman biz təkcə ayrı-ayrı avadanlıq və ya PT-nin deyil, həm də konkret sifarişçilərin konkret vəzifələri üçün kompleks həllərin tədarükünü həyata keçirməyə hazırıq.

- Siz B2B-sisteminin adını çəkdiniz. Bu nədir və nə üçün lazımdır?

- В2В-sistem – tərəfdaşlarımızın işi üçün rahat onlayn-alətdir. Onun köməyi ilə hal-hazırda anbarda hansı malın, hansı qiymətə və hansı miqdarda olduğuna baxmaq, yeniliklər və məhsullar haqqında informasiya almaq, müstəqil şəkildə sifarişlər rəsmiləşdirmək, boşaldılmanı həyata keçirmək və çatdırılmanı izləmək mümkündür. Bunun üçün menecerlərə zəng etmək və ya iş saatlarımıza uyğunlaşmaq lazım deyil, çünki sistem avtonomdur və bütün sutka ərzində işləyir. Biz həmçinin tərəfdaşlarımıza istehsalçıların ribeyt və bonuslarını translyasiya edir, reklam materialları və s. təqdim edirik. Bizdə dövriyyələr və satınalma məbləğinə məhdudiyyətlər yoxdur, B2B sistemi vasitəsilə tərəfdaşlar malları hətta tək-tək, məsələn, nümunə və ya əlavə satış üçün də ala bilərlər. Onların mal almaq üçün artıq Dubay və Çinə getməsinə ehtiyac yoxdur, istehsalçıların bütün rəsmi məhsulları onları artıq Bakıdakı anbarımızda gözləyir.

- Marvel Azerbaijan öz tərəfdaşlarına daha hansı servisləri təqdim edir?

- B2B-sistemindən başqa, biz tərəfdaşlarımıza geniş marketinq dəstəyi, böyük həcmdə anbar ehtiyatları, sifarişləri operativ şəkildə almaq imkanı təklif edirik. Ayrıca olaraq, distribusiyası ilə məşğul olduğumuz tamamilə bütün brendlərin məhsullarının servis dəstəyini həyata keçiririk. Malla bağlı hər hansı bir problemlərin olduğu halda, alıcılar zəmanətli rəsmi servisə əmin ola bilərlər. Bundan başqa, xarici distributorlardan fərqli olaraq Marvel Azerbaijan hesablaşmaları dollar və yuanla deyil, manatla həyata keçirir ki, bu da kiçik şirkətlər və fərdi sahibkarlar üçün çox rahatdır. Və əlbəttə ki, bizim tərəfdaşlar üçün ödəniş möhləti, kredit xətləri kimi maliyyə dəstəyi mexanizmlərimiz və digər imkanlarımız var. Biz müştərilərimizlə istənilən fərdi məsələləri müzakirə etməyə həmişə hazırıq.

- Siz kiminlə işləyirsiniz? Hansı səviyyəli tərəfdaşları əməkdaşlığa dəvət edirsiniz?

- Biz tamamilə istənilən miqyaslı tərəfdaşlar, istər bazarın iri oyunçuları, şəbəkə şirkətləri, istərsə də kiçik internet-mağazalar və fərdi sahibkarlarla işləyirik. Böyük məmnuniyyətlə Azərbaycanın istənilən nöqtəsindən bütün kiçik və orta biznes nümayəndələrini bunun nə dərəcədə praktik, müasir və olduqca rahat olmasına əmin ola bilmələri üçün bizim B2B sistemimizdə qeydiyyatdan keçməyə dəvət edirik.

- Yaxın gələcəkdə Azərbaycanda hansı brendləri gözləməyə dəyər, sabah bazarımıza hansı istehsalçıları gətirməyə hazırsınız?

- Hazırda biz ağıllı ev ekosistemi məhsullarına böyük diqqət yetiririk. Bu, yaxın illərdə böyük templərlə inkişaf edəcək çox perspektivli istiqamətdir. Son bir neçə ay ərzində biz bu kateqoriyaya aid malların bir sıra iri istehsalçıları ilə distributor müqavilələri imzalamışıq və tezliklə onların rəsmi məhsulları artıq Azərbaycanda olacaq. Ümumilikdə artıq 2021-ci ilin əvvəlində biz yerli bazara on beşə yaxın yeni brend çıxaracağıq. Biz Azərbaycana göstərmək istəyirik ki, məşhur IT-nəhənglərindən başqa yüksək keyfiyyətli məhsullar istehsal edən, heç də az maraqlı olmayan bir çox digər brendlər də var.

Marvel Azerbaijan

Azərbaycan, Bakı, Nobel pr. 15

[email protected]

Telefon: (012) 488 65 16

www.marvel.ru

Reklam hüququnda

Paylaş:
893

Sizin üçün xəbərlər

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər