Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Şuşa elektriklə təmin olunub – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Şuşa elektriklə təmin olunub – VİDEO

14:35 - 17 / 02 / 2021
Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Şuşa elektriklə təmin olunub – VİDEO

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.

“Azərişıq” ASC-dən 1news.az-a verilən məlumata görə, artıq Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.

S.Xankişiyeva

Paylaş:
385

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər